K.Qafarov qeyd edib ki, hazırda Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Gənclər siyasəti, dövlət tərəfindən qəbul edilən proqramlar və imzalanan mühüm sənədlər gənclərin sosial rifahının yaxşılaşdırılmasına, məşğulluğunun təmin olunmasına və intellektual inkişafına xidmət edir: “Bu gün Azərbaycan gəncliyi yalnız dinamizmi və təşəbbüskarlığı ilə deyil, eyni zamanda, dövlət maraqlarına sədaqəti ilə seçilir. Gənclərin potensialının üzə çıxarılması üçün yaradılan geniş imkanlar onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb. Cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi davamlı diqqət onların özünəinam hissini daha da gücləndirib. Gənclərin bilik və bacarıqlarının reallaşdırılması, vətənpərvər və peşəkar kadrlar kimi formalaşması, eləcə də gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar uzaqgörən dövlət siyasətinin bariz nümunəsidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2003-cü ildən etibarən sistemli şəkildə həyata keçirilən gənclər siyasətinin ən mühüm nəticələrindən biri 2020-ci ildə Vətən müharibəsi zamanı özünü açıq şəkildə göstərdi. Azərbaycan Ordusunun sıralarında döyüşən gənclərin qəhrəmanlığı və fədakarlığı tarixi Zəfərin əsas təminatçısına çevrildi. Məhz bu nəsil torpaqlarımızın azad olunması ilə xalqımızın uzun illər davam edən həsrətinə son qoydu və müstəqil Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta