AZ

Bunu etsək, Ukrayna sabah öləcək - Pistorius

Ukraynanın Qərbin dəstəyinə həyati olaraq ehtiyacı var.

Sitat.info xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.

Pistoriusun fikrincə, Ukraynaya dəstəyin dayandırılmasının iki nəticəsi olacaq:

"Birincisi, Ukrayna sabah öləcək, ikincisi, bu, bizə indi onu dəstəkləməkdən xeyli baha başa gələcək".

Pistorius əlavə edib ki, Almaniya Avropanın ən böyük, dünyanın isə üçüncü iqtisadiyyatıdır:

"Almanlar bu rola layiqincə cavab verməlidir. Avropada hərbi təhlükə var, çünki yaxınlıqda Ukraynada genişmiqyaslı müharibə davam edir. Putin həmişə açıq şəkildə bildirib ki, onu yalnız Ukrayna narahat etmir".

Seçilən
2
1
sitat.info

2Mənbələr