Ukraynanın Qərbin dəstəyinə həyati olaraq ehtiyacı var.
Sitat.info xəbər verir ki, bunu Almaniyanın müdafiə naziri Boris Pistorius deyib.
Pistoriusun fikrincə, Ukraynaya dəstəyin dayandırılmasının iki nəticəsi olacaq:
"Birincisi, Ukrayna sabah öləcək, ikincisi, bu, bizə indi onu dəstəkləməkdən xeyli baha başa gələcək".
Pistorius əlavə edib ki, Almaniya Avropanın ən böyük, dünyanın isə üçüncü iqtisadiyyatıdır:
"Almanlar bu rola layiqincə cavab verməlidir. Avropada hərbi təhlükə var, çünki yaxınlıqda Ukraynada genişmiqyaslı müharibə davam edir. Putin həmişə açıq şəkildə bildirib ki, onu yalnız Ukrayna narahat etmir".