Türkiyənin Antalya vilayətində baş verən növbəti ağır yol qəzasında 6 nəfər ölüb.
"Far.Az" "Haber Global"a istinadən xəbər verir ki, hadisə Antalya-İsparta magistral yolunda baş verib.
İki avtomobilin toqquşması nəticəsində altı nəfər ölüb, altı nəfər yaralanıb. Məlumatdan sonra hadisə yerinə çoxsaylı tibb və jandarma qrupları göndərilib.
Yaralılar xəstəxanalara aparılıblar, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Türkiyənin Antalya vilayətində baş verən qəzada 8 nəfər ölüb.