Türkiyənin Antalya vilayətində daha bir qəza baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.
Qeyd edilib ki, hadisə Antalya-İsparta magistral yolunda baş verib. Yol qəzasında 6 nəfər ölüb.
İki avtomobilin toqquşması nəticəsində altı nəfər ölüb, altı nəfər yaralanıb. Məlumatdan sonra hadisə yerinə çoxsaylı tibb və jandarma qrupları göndərilib.
Yaralılar xəstəxanalara aparılıblar, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün Türkiyənin Antalya vilayətində baş verən qəzada 8 nəfər ölüb.