Baku.ws saytından verilən məlumata görə, ain.az xəbər verir.
"Mahnı evdə birinci səslənir. Günel dinləyir. Bəyənmir. Başqası oxuyandan sonra sevilir. Gəlir ki, niyə mənə dinlətdirməmisən".
BAKU.WS Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Tunar Rəhmanoğlu "İki başlı" verilişində bacısı Günel Zeynalova haqqında sualları cavablandırarkən deyib. O, Günelə verdiyi bəstələrinə görə pul almadığını bildirib:
"Pul vermir. Amma hədiyyələr verir. Lazımi əşyalar alır".
Tunar Ağdamdakı evlərindən söz açıb. O bildirib ki, Ağdam işğaldan azad edildikdən sonra ora gedib:
"Evimiz yoxdur, boş torpaqdır. Şəhəri gəzmişəm. Heç evimizin harada olduğunu tanımıram".
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.