AZ

Müğənnidən bacısı barədə: "Mənə pul verməyib"

"Mahnı evdə birinci səslənir. Günel dinləyir. Bəyənmir. Başqası oxuyandan sonra sevilir. Gəlir ki, niyə mənə dinlətdirməmisən".

Far.Az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Tunar Rəhmanoğlu "İki başlı" verilişində bacısı Günel Zeynalova haqqında sualları cavablandırarkən deyib. O, Günelə verdiyi bəstələrinə görə pul almadığını bildirib:

"Pul vermir. Amma hədiyyələr verir. Lazımi əşyalar alır".

Tunar Ağdamdakı evlərindən söz açıb. O bildirib ki, Ağdam işğaldan azad edildikdən sonra ora gedib:

"Evimiz yoxdur, boş torpaqdır. Şəhəri gəzmişəm. Heç evimizin harada olduğunu tanımıram".

Seçilən
5
7
far.az

8Mənbələr