AZ

Millinin hücumçusunu icarəyə götürdülər - Yaya qədər

“Kristal Pelas” “Aston Villa”nın hücumçusu Evan Hessanı icarə əsasında heyətinə cəlb edib.

Sportinfo,az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fil Dişi Sahili millisinin üzvü cari mövsümün sonuna kimi “Kristal Pelas”da çıxış edəcək.

O, 2025/2026 mövsümündə Premyer Liqa və digər turnirlər daxil olmaqla ümumilikdə 21 oyunda iştirak edib və 2 qola imza atıb.

Evan Hessa karyerası ərzində Fransa və İsveçrə klubları olan “Nitsa”, “Nant” və “Lozanna”nın da şərəfini qoruyub.

Seçilən
22
27
sportinfo.az

10Mənbələr