AZ

"Düşünmürəm ki, "Turan"a uduzmaq bizə çox təsir edər"

"Sumqayıt" 2026-cı ilə uğurlu start verə bilmədi.

Qış təlim-məşq toplanışında bütün oyunları uduzan "Kimyaçılar" bu dəfə eyni şeyi rəsmi görüşdə yaşadı.

Saşa İliçin komandası "Turan Tovuz"la bacarmadı - 1:2.

Hətta bölgə klubunun ev oyununu "Sumqayıt"a məxsus Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirməsi də işə yaramadı.

Xüsusilə birinci yarıda tovuzlular çox üstün təsir bağışladı.

Gənc qapıçı Xəyal Fərzullayev 4 əla seyvlə hesabın böyüməsinə imkan vermədi.

Serbiyalı mütəxəssisin arxa xətdə olan boşluqları aradan qaldıra bilmədiyi aydın görünürdü.

İndi isə qarşıdan liqanın sonuncusu "Karvan-Yevlax"la səfər oyunu var.

Startda məğlubiyyət, yol verilən ciddi xətalar Yevlax səfərində də psixoloji olaraq sumqayıtlı oyunçulara təsir edə bilərmi?

Komandanın əsas fiqurlarından biri olan xorvatiyalı yarımmüdafiəçi Aleksa Yankoviç Sportinfo.az-a açıqlamasında suala cavab olaraq bunları dedi:

"Düşünmürəm ki, "Turan Tovuz"a uduzmaq bizə çox təsir edər.

Dəfələrlə məğlub olduğumuz oyundan sonra qalib gəlmişik. Və yaxud da əksi olub.

Hər oyuna xüsusi hazırlaşırıq. "Karvan-Yevlax"a qarşıda ən yaxşı oyunumuzu göstərməyə çalışacağıq".

XANOĞLAN

Seçilən
10
50
sportinfo.az

10Mənbələr