AZ

“Qarabağ” “Turan Tovuz”u məğlub edə biləcək?

Bu gün Azərbaycan Premyer Liqasında 18-ci tura yekun vurulacaq.

Msport.az xəbər verir ki, son oyun günündə iki görüş baş tutacaq.

İlk oyunda “Araz-Naxçıvan” Mərdəkanda “Neftçi”ni qəbul edəcək. Qarşılaşma saat 16:00-da başlayacaq. Komandaların ilk dövrədəki matçında 2:2 hesabı qeydə alınıb.

Günün son oyunu Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.  Burada “Qarabağ” “Turan Tovuz”u qəbul edəcək. “Sabah”ın dünənki qələbəsindən sonra “Qarabağ” artıq liderdən 7 xal geri qalır. Ona görə də Qurban Qurbanovun komandası mütləq bu matçda qalib gəlməldir.

1 fevral

Azərbaycan Premyer Liqası, 18-ci tur

16:00. “Araz – Naxçıvan” – “Neftçi”
Hakimlər:
 Rauf Cabarov, Zeynal Zeynalov, Şirmamed Mamedov, Alik Yunusov
VAR: Vüqar Həsənli
AVAR: Cəmil Quliyev
“Liv Bona Dea Arena”

18:30. “Qarabağ” – “Turan Tovuz”
Hakimlər:
 Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Elvin Bayramov
VAR: Rəşad Əhmədov
AVAR: Akif Əmirəli
Tofiq Bəhramov adına Respublika Stadionu

30 yanvar (cümə)

“Karvan-Yevlax” – “Sumqayıt” – 0:2

“Qəbələ” – “İmişli” – 3:2

31 yanvar (şənbə)

“Zirə” – “Sabah” – 1:3

“Kəpəz” – “Şamaxı” – 0:2

Seçilən
6
4
msport.az

10Mənbələr