"Dünyanın ən şirin yarışması" adlı video sosial şəbəkələrdə yayılıb və böyük marağa səbəb olub.
Hafta.az xəbər verir ki, videoda uşaqlar arasında keçirilən iməkləmə yarışı əks olunub. Balacaların finiş xəttinə çatmaq üçün göstərdikləri səmimi və gülməli cəhdlər izləyənlərin üzündə təbəssüm yaradıb. Kimi yolunu dəyişib valideyninə tərəf sürünür, kimi isə oyuncaqlara aldanaraq yarışı "yarımçıq" qoyur.
Qısa müddətdə minlərlə baxış toplayan görüntülər sosial şəbəkə istifadəçiləri tərəfindən "dünyanın ən şirin yarışması" adlandırılıb. Paylaşıma edilən şərhlərdə izləyicilər videonun onlara xoş ovqat bəxş etdiyini, uşaqların təbii davranışlarının isə hər kəsin ürəyini fəth etdiyini bildiriblər.
Sözügedən görüntülər hazırda müxtəlif platformalarda sürətlə yayılıb və ən çox paylaşılan videolar sırasında yer alır./milli.az/