AZ

Australian Open: Finalda Alkarasla Cokoviç qarşılaşacaq

Melburnda mövsümün ilk “Böyük dəbilqə” turniri sona yaxınlaşır. Bu gün kişilərin yarımfinal oyunları baş tutub.

Bizim.Media xəbər verir ki, ilk olaraq korta Karlos Alkarasla Aleksandr Zverev çıxıblar.

İlk iki setdə ispan tennisçi qalib gəlib – 6:3 və 7:6. Alkarasın rahat şəkildə qələbə qazanacağı güman edildiyi vaxtda maraqlı hadisə baş verib. 3-cü setin sonlarında onun sağ ayağında qıcolma yaranıb. Bununla da, o, görüşü davam etdirərkən ciddi çətinliklərlə üzləşib.

Fürsətdən istifadə edən almaniyalı tennisçi 3 və 4-cü setləri öz xeyrinə başa vuraraq hesabı bərabərləşdirib. Həlledici setdə də o, breyk etməklə 5:4 hesabı ilə öndə olub. Lakin Alkaras dönüş edərək qələbə qazanmağı bacarıb – 7:5.

İkinci oyun da 5 set davam edib. İlk setdə Yannik Sinner 6:3 qalib gəlib. İkinci seti isə eyni hesabla Novak Cokoviç qazanıb. Maraqlıdır ki, 3 və 4-cü setlər də 6:4 hesabı ilə bitib. 3-cüdə italyan, 4-cüdə isə serb rakteka ustası qalib gəlib. Həlledici seti 6:4 hesabı ilə qalib başa vuran Cokoviç
finalda Alkarasa rəqib olub.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
10
10
bizim.media

10Mənbələr