24 qat “Böyük Dəbilqə” qalibi, serbiyalı tennisçi Novak Cokoviç 2026-cı il Avstraliya Açıq Çempionatının finalına yüksəlib.
90deqiqe.Az-ın məlumata görə, yarıfinalda o, dünya ikincisi, italiyalı Yannik Sinneri məğlub edib. Görüş 3:6, 6:3, 4:6, 6:4, 6:4 hesabı ilə yekunlaşıb.
Matç 4 saat 9 dəqiqə davam edib.
Avstraliya Açıq Çempionatının finalında Cokoviç dünya birincisi, ispan tennisçi Karlos Alkarasla üz-üzə gələcək. Alkaras yarıfinalda almaniyalı Alexander Zverev üzərində beş setlik gərgin mübarizə nəticəsində qələbə qazanıb.