UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" - "Nyukasl" matçının başlama saatı müəyyənləşib.
Day.Az İdman.Biz-ə istinadən məlumatına görə, fevralın 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Fevralın 24-də İngilətərədə, "Sent Ceyms Park" arenasında keçiriləcək qarşılaşmanın start fiti isə 23:59-da səsləndiriləcək.