UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ” – “Nyukasl” matçının başlama saatı müəyyənləşib.
İdman.Biz-in məlumatına görə, fevralın 18-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.
Bir həftə sonra İngilətərədə, “Sent Ceyms Park” arenasında keçiriləcək qarşılaşmanın start fiti isə 00:00-da səsləndiriləcək.