Qazaxıstanda dəhşətli partlayış baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.
Qazaxıstanda neft sisterninin partlaması nəticəsində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə Əzəmət sisternin üzərində olduğu zaman qəfil baş verib. Güclü partlayış nəticəsində işçi hadisə yerindəcə həyatını itirib – onun bədəni bir neçə hissəyə parçalanıb.
Əzəmətin ailəsi onu bağlı tabutda basdırmalı olub.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.
Hadisənin dəhşətli görüntüləri ərazidəki müşahidə kameraları tərəfindən anbaan qeydə alınıb. Hazırda faktla bağlı araşdırma aparılır.
Xuraman Etibarlı
İnterpress.az