AZ

Qazaxıstanda QƏDDARLIQ: Xəyanət edən ərini öldürdü, məşuqəsini DOĞRADI – VİDEO(18+)

Qazaxıstanda arvad ərini məşuqəsi ilə birlikdə tutub, bıçaqla onlara hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Qazaxıstanda dəhşətli və qəddarlıqla müşayiət olunan cinayət hadisəsi baş verib. Həyat yoldaşını məşuqəsi ilə tutan qadın onlara bıçaqla hücum edib.

Hadisə mənzildə qeydə alınıb. Xəyanətə dözməyən qadın hər iki şəxsə ağır xəsarətlər yetirib. Nəticədə kişi aldığı yaralardan hadisə yerində dünyasını dəyişib.

Ağır bıçaq xəsarətləri alan digər qadın isə sağ qalıb və hazırda reanimasiyadadır.

Bildirilir ki, cinayət törədilən zaman şübhəli şəxs spirtli içkinin təsiri altında olub.

Hadisəni törədən qadın saxlanılıb, faktla bağlı cinayət işi açılıb.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
121
interpress.az

1Mənbələr