AZ

Jorj Kaşkilya: “Komandamımn oyunundan razı qalmadım”

"İmişli" Misli Premyer Liqasının XVIII turunda səfərdə "Qəbələ"yə 2:3 hesabı ilə uduzub.

Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

"Komandamın oyunundan razı qalmadım. "Qəbələ"ni təhlil etmişdik. Bilirdik ki, onların sürətli oyunçuları var və uzun ötürmələrə üstünlük verirlər. Səhvlərimiz çox olduğuna görə məğlub olduq. "Qəbələ kimi komanda ilə matçda bu cür səhvlər buraxmaq olmaz. Mövqeyimizi çətinləşdirdik. Buradan xalla ayrılmalı idik. Növbəti oyuna hazırlaşmalıyıq. "Kəpəz"ə qarşı daha yaxşı oyun göstərməyə çalışacağıq".

- "Neftçi" ilə matça qədər "İmişli" yaxşı performans göstərirdi. Həmin görüşdən sonra komanda 7 oyundur qələbə qazana bilmir. Sizcə, bunun səbəbi nədir? 

- Qələbə qazana bilməsək də, böyük rəqiblərlə matçlarda xal almışıq. Fərqli səbəblər var. Heyətimiz geniş olmadığı üçün çətinliklər olur. Hər oyun bizim üçün önəmlidir. Xallar toplamaq lazımdır.

- İki əsas oyunçunuzun - Ezekiel Morqan və Yau Mozesin olmaması nəticəyə təsir etdi? 

- İki vacib futbolçunun olmaması özünü göstərir. Yarımmüdafiədə boşluqlar var idi. İstədiyimiz dərin ötürmələri edə bilmirdik. Əlimizdə olan heyətlə bacardığımızı etdik. Cəzalar da futbolun bir hissəsidir.

PFL efir qrafikası üzrə pilot layihə həyata keçirəcək

Saşa İliç: "Qazansaq da, oyundan tam razı qalmadım"

"Qarabağ"ın oyununun biletləri satışa çıxır

"Karvan-Yevlax" "Sumqayıt"a məğlub olub - YENİLƏNİB

Avropa Liqasının favoriti açıqlanıb

Seçilən
5
17
apasport.az

10Mənbələr