AZ

Səhvlər çox olduğu üçün uduzduq Jorje Kaşkilya

ain.az bildirir, Fanat saytına əsaslanaraq.

Misli Premyer Liqasının 18 -ci turunda "Qəbələ"yə səfərdə uduzan (2:3) "İmişli"nin baş məşqçisi Saşa İliç oyundan sonra təşkil edilən mətbuat konfransında fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis belə danışıb:

"Komandanın oyunundan razı qaldım. Rəqibi təhlil etmişdik. Bilirdik ki, sürətli oyunçuları var və uzun ötürmələrdən istifadə edirlər. Səhvlər çox olduğu üçün uduzduq. İki vacib oyunçumuz yox idi. Yarımmüdafiədə müəyyən boşluq yaranmışdı. Qəbələ kimi ehtiraslı oynayan rəqiblə oyunda çox səhv etmək olmaz. Mövqeyimizi çətinləşdirdik. Evə xalla qayıtmaq istəyirdik. "Kəpəz"lə oyunda daha yaxşı futbol sərgiləməyə və nəticə qazanmağa çalışacağıq.

"Qara zolağ"ın səbəbi? Qalib gəlməsək də, böyük komandalardan xal almışıq. "Zirə" və "Araz-Naxçıvan"la oyunları misal göstərmək olar. Heyətimiz geniş deyil".

Nihat

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
34
18
fanat.az

10Mənbələr