AZ

“Avropa Birliyi Gürcüstandakı proseslərə açıq şəkildə müdaxilə edir” – Azər Həsrət

"Avropa Birliyi son dövrlərdə Gürcüstanda baş verən proseslərə, hətta diplomatik çərçivələri aşaraq, açıq şəkildə müdaxilə edib. Belə ki, küçələrə çıxan müxalif qüvvələrə birbaşa siyasi dəstək göstərilib. Bununla yanaşı, səlahiyyət müddəti başa çatmış Prezident Salome Zurabişviliyə xüsusi münasibət nümayiş etdirilir, onunla əməkdaşlığa üstünlük verildiyi açıq şəkildə hiss olunur. Eyni zamanda, Avropa Birliyi və ayrı-ayrı Avropa dövlətləri Gürcüstan daxilində baş verən siyasi proseslərə xarici siyasi aktor kimi açıq şəkildə müdaxilə edirlər. Halbuki ölkə daxilində demokratiya, insan haqları və ya hakimiyyətin formalaşması ilə bağlı problemlər mövcud ola bilər”.

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Qeyd edək ki, Gürcüstan Parlamentinin spikeri Şalva Papuaşvili “İmedi” televiziya kanalına verdiyi müsahibədə Avropa İttifaqını sərt tənqid edib. O bildirib ki, Avropa İttifaqı Gürcüstan daxilindəki proseslərə müdaxilə edərək, ölkə xalqının iradəsinə zidd olaraq “vassal hökumət” formalaşdırmağa çalışır. Papuaşvili vurğulayıb ki, belə xarici təsir cəhdləri demokratik prinsiplərə ziddir və Gürcüstanın müstəqil siyasi iradəsini əngəlləyir. O həmçinin əlavə edib ki, Gürcüstan xalqının seçdiyi hakimiyyətlə hesablaşmaq xarici ölkələr üçün əsas prinsiplərdən biri olmalıdır.

Siyasi şərhçi qeyd edib ki, istənilən halda xarici dövlətlərin və beynəlxalq qurumların bu məsələlərə bu qədər açıq şəkildə müdaxilə etməsi qəbuledilməzdir.

Seçilən
15
50
aznews.az

10Mənbələr