AZ

Zelenski Aİ-ni 2027-ci ildə Ukraynanı bloka üzv qəbul etməyə çağırdı

Bakı. Trend:

Ukrayna Prezidenti Volodimir Zelenski 2027-ci ildə UkraynanınAvropa İttifaqına (Aİ) qəbul edilməsinə çağırıb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Zelenski Avstriya kansleriKristian Ştokkerlə telefon danışığının yekunlarına dair Telegramkanalında yazıb.

“Ukraynanın Avropa İttifaqına üzvlüyü təkcə bizim üçün deyil,bütün Avropa üçün əsas təhlükəsizlik təminatlarından biridir. ÇünkiAvropanın ortaq gücü, o cümlədən Ukraynanın təhlükəsizlik,texnoloji və iqtisadi töhfəsi sayəsində mümkündür. Məhz buna görəbiz konkret tarixdən - 2027-ci ildən danışırıq və mövqeyimizintərəfdaşlar tərəfindən dəstəklənəcəyinə ümid edirik”,- deyəZelenski yazıb.

Qeyd edək ki, Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı müzakirələri2024-cü ilin iyununda başlanıb və rəsmi Kiyev bu prosesçərçivəsində Avropa Komissiyasının bir sıra tələblərini, o cümlədənqanunvericilik və institusional islahatlarla bağlı tələbləriyetirməyə çalışır.

Seçilən
64
22
az.trend.az

10Mənbələr