AZ

Belçika səfiri: Azərbaycan və Avropa İttifaqı arasında nəqliyyat tərəfdaşlığı bütün regiona fayda verir

Belçikanın Azərbaycandakı səfiri Jülyen de Frepon bildirib ki, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasındakı nəqliyyat tərəfdaşlığı bütün regiona iqtisadi faydalar verir.

"Report" xəbər verir ki, o bu barədə "X" sosial şəbəkəsində yazıb.

"Müsbət xəbər: Aİ və Azərbaycan əlaqəliliyi artıran layihələrin inkişafında əməkdaşlığı gücləndirir. Bu, bütün regiona iqtisadi üstünlüklər gətirən qarşılıqlı faydalı tərəfdaşlıqdır", - paylaşımda bildirilib.

Qeyd edək ki, Aİ və Azərbaycan Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işləri görəcək. Dəmir yolu Avropanı Mərkəzi Asiya ilə birləşdirən Transxəzər nəqliyyat dəhlizinin bir hissəsi olacaq. Layihə mobilliyi artırmağa, iqtisadi əlaqələri gücləndirməyə və regional inkişafı dəstəkləməyə yönəlib.

Seçilən
1
13
far.az

10Mənbələr