"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılır.
Milli.Az APA-ya istinadən bildirir ki, bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən digər iclasda isə Elşad Məhərrəmov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda digər təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi üçün təqdimatlara baxılır.
Milli.Az