"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov və daha iki əməkdaşı barəsində qətimkan tədbirinin seçilməsi üçün istintaq orqanı tərəfindən məhkəməyə daxil olan təqdimata baxılır...
Poliqon xəbər verir ki, bu gün Sumqayıt Şəhər Məhkəməsində hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Natiq Əliyev barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hakim Günel İsmayılovanın sədrliyi ilə keçirilən digər iclasda isə Elşad Məhərrəmov barəsində 2 ay 10 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Hazırda digər təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi üçün təqdimatlara baxılır.
Poliqon.info