AZ

Misli Premyer Liqası: “Qəbələ” ardıcıl ikinci qələbəsini qazanıb

Bakı, 30 yanvar, AZƏRTAC

Futbol üzrə Misli Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, “Qəbələ” öz meydanında “İmişli”ni qəbul edib. Qarşılaşma “qırmızı-qaralar”ın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda çempionatda ardıcıl ikinci qalibiyyətini qazanıb.

Bu nəticədən sonra İmişli klubu 18 xalla 9-cu, Qəbələ təmsilçisi isə 14 xalla 10-cu sırada qərarlaşıb.

Qeyd edək ki, XVIII turun açılış oyununda “Sumqayıt” səfərdə “Karvan-Yevlax”a 2 cavabsız qolla qalib gəlib. Tura fevralın 1-də yekun vurulacaq.

Seçilən
54
50
azertag.az

10Mənbələr