AZ

AQTİ “Ulduz-reytinq” layihəsini davam etdirir - FOTO

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) tərəfindən həyata keçirilən “Ulduz-reytinq” layihəsi çərçivəsində “Intercontinental Hotel Baku” nəzdində fəaliyyət göstərən “Xəmsə” restoranında qiymətləndirmə aparılıb. Nəticələrə əsasən, müəssisədə qida təhlükəsizliyi tələblərinin yüksək səviyyədə tətbiq olunduğu müəyyən edilib və ölkədə ilk dəfə bir hotelin nəzdində fəaliyyət göstərən restorana “5 ulduz” sertifikatı təqdim olunub.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən hafta.az-a verilən məlumata görə, “Ulduz-reytinq” layihəsi çərçivəsində ictimai iaşə müəssisələrinin qida təhlükəsizliyi, xidmət keyfiyyəti, fəaliyyət standartlarına uyğunluğu sistemli şəkildə ölçülərək qiymətləndirilir və müvafiq olaraq 3, 4 və 5 ulduzla qiymətləndirilir. Həmin yanaşma həm ictimai iaşə obyektləri üçün keyfiyyət göstəricisi sayılır, həm də yerli və xarici müştərilər üçün daha etibarlı seçim imkanı yaradır.

Layihə çərçivəsində indiyədək 100-dən çox müraciət daxil olub, qiymətləndirmə nəticələrinə əsasən 4 restorana ən yüksək göstərici olan “5 ulduz” sertifikatı təqdim edilib.

Qeyd edək ki, qiymətləndirmə prosesi sahibkarların könüllü müraciəti əsasında həyata keçirilir. Bunun üçün iaşə obyektləri [email protected] elektron poçt ünvanına rəsmi müraciət göndərməlidirlər. İctimai iaşə obyektlərinin risk göstəriciləri əsasında reytinqini müəyyənləşdirmək və “Ulduz-reytinq” layihəsi barədə daha ətraflı məlumat almaq istəyən sahibkarlar “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Seçilən
9
6
hafta.az

10Mənbələr