Milli.az saytından alınan məlumata görə, ain.az bildirir.
Maxaçqala yaxınlığında hərəkətdə olan taksi qəza nəticəsində su kanalına düşüb.
Milli.Az xəbər verir ki, hadisə zamanı ərazidə olan vətəndaşlar dərhal müdaxilə edərək xilasetmə əməliyyatına başlayıblar.
Yayılan görüntülərə görə, kanala düşən avtomobildə olan azyaşlı uşaq əvvəlcə pəncərədən çıxarılaraq təhlükəsiz yerə aparılıb. Ardınca isə uşağın anası sudan çıxarılaraq xilas edilib.
Məlumata əsasən, taksi sürücüsü isə hadisə zamanı öz gücü ilə avtomobildən çıxmağı bacarıb. Hadisə ilə bağlı araşdırma aparıldığı bildirilir.
Musa
Milli.Az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.