Bakı. Trend:
Bu il yanvarın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklarınnizamnamə kapitalının həcmi açıqlanıb.
Trend bubarədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, nizamnamə kapitalının həcmi ən yüksək olan bankAzərbaycan Beynəlxalq Bankı (ABB) olub. Bankın nizamnaməkapitalının həcmi 1,282 milyard manat təşkil edib.
İkinci sırada 446,6 milyon manat nizamnamə kapitalı ilə "XalqBank" dayanıb. Siyahının üçüncü pilləsində isə 378 milyon manatnizamnamə kapitalı ilə "Yelo Bank" qərarlaşıb.
Nizamnamə kapitalının həcmi ən az olan bank isə "Bank of Baku"olub. Bankın nizamnamə kapitalının həcmi 52,870 milyon manat təşkiledib.
Qeyd edək ki, nizamnamə kapitalı bir şirkətin təsis edildiyizaman səhmdarlar və ya təsisçilər tərəfindən qoyulan və qanunlamüəyyən edilən minimum maliyyə vəsaitidir. Bu kapital şirkətinhüquqi şəxs olaraq fəaliyyətə başlamaq və müəyyən öhdəlikləriyerinə yetirmək üçün tələb olunan ilkin vəsaitdir.
Banklar | Nizamnamə Kapitalı (Min manat) | |
1 | ABB | 1 281 271,39 |
2 | Xalq Bank | 446 599.51 |
3 | YeloBank | 378 000,00 |
4 | PAŞA Bank | 354 512,00 |
5 | VTB Bank | 315 815,00 |
6 | Kapital Bank | 265 850,00 |
7 | Premium Bank | 174 601,00 |
8 | UniBank | 138 200,39 |
9 | AccessBank | 121 750,00 |
10 | Expressbank | 112 545,00 |
11 | RabitəBank | 101 300,08 |
12 | AzərTürk Bank | 100 500 |
13 | Turan Bank | 100 006 |
14 | Bank Respublika | 73 961,09 |
15 | Bank Melli Iran | 73 611,17 |
16 | Bank Avrasiya | 71 800,00 |
17 | BTB Bank | 71 450,00 |
18 | AFB Bank | 70 393,46 |
19 | ZiraatBank | 65 500,00 |
20 | Azərbaycan Sənaye Bankı | 60 000,00 |
21 | YapıKrediBank | 55 380,70 |
22 | Bank of Baku | 52 870,00 |