Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu – “Ramştayn” formatının növbəti iclası 12 fevralda NATO-nun baş qərargahında keçiriləcək.
Redaktor.az xəbər verir ki, bu barədə Alyansın mətbuat xidməti məlumat yayıb.
“2026-cı il fevralın 12-də Böyük Britaniya və Almaniya Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun yığıncağını NATO-nun baş qərargahında keçirəcəklər”, - açıqlamada bildirilib.
Təmas Qrupunun əvvəlki - sayca 32-ci yığıncağı dekabrın 16-da videokonfrans formatında keçirilib.
O vaxt Böyük Britaniya Ukraynanın hava hücumundan müdafiəsini gücləndirmək üçün 600 milyon funt sterlinq məbləğində hərbi yardım ayıracağını, Almaniya isə “Sidewinder” raketlərini göndərəcəyini açıqlayıb.