AZ

Britaniya Azərbaycan Dostluq Parlament Qrupunun iclası keçirildi

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Londonda Britaniya–Azərbaycan Dostluq Parlament Qrupunun iclası keçirilib”.

Globalinfo.az xəbər verir ki, bunu Azərbaycan-Birləşmiş Krallıq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Fariz İsmayılzadə deyib.

F.İsmayılzadə bildirib ki, bu onun ikinci səfəridir və burada dostluq qrupu yenidən yaradılıb:

“Uzun fasilədən sonra bərpa edilən bu qrup həm Azərbaycan səfirliyinin, həm də parlamentimizin müəyyən təşəbbüsləri nəticəsində fəaliyyətini bərpa edib və iclasını keçirib”.

F.İsmayılzadə səfər çərçivəsində dörd deputatla görüşüb, həmçinin müxtəlif beyin mərkəzləri, tədqiqat institutları və ekspertlərlə fikir mübadiləsi aparıb.

Xüsusilə, burada fəaliyyət göstərən iki böyük beyin mərkəzi  – Royal United Services Institute və International Institute for Strategic Studies ilə görüşlər olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
78
20
globalinfo.az

10Mənbələr