Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 30 yanvar, AZƏRTAC
Təhsil prosesində təkcə müəllimlərin deyil, valideyn və şagirdlərin də əsas tərəf olduğunu nəzərə alsaq, süni intellekt alətlərinin bu sahədə nə qədər geniş imkanlar yaratdığını görmək olar.
Süni intellekt şagirdlərə dərslərə daha maraqlı və innovativ məzmunla hazırlaşmaq imkanı verir. Eyni zamanda, valideynlərin övladlarının dərs prosesini izləməsinə və onlara dəstək göstərməsinə kömək edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində təhsil eksperti Elmin Nuri deyib. O bildirib ki, tədris prosesində süni intellektin uğurlu tətbiqi müəllimlərin dərsə hazırlıq üçün sərf etdiyi vaxtı 30-40 faiz azalda bilər.
“Bu halda müəllimlər şagirdlər üçün daha fərdiləşmiş və yaradıcı dərslər hazırlaya biləcəklər. Süni intellektlə işləmək mədəniyyəti formalaşacaq və bu, digər müəllimlər üçün də motivasiya rolunu oynayacaq”, - deyə ekspert vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.