Belə əsassız iddiaların beynəlxalq ictimaiyyətə təsiri nə dərəcədə ola bilər?
Radikal separatçıların reallıqdan kənar açıqlamaları Azərbaycan-Ermənistan münasibətlərinə hansı təsirləri verə bilər?
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
"Ermənistanda hansısa bir separatçının, hansısa bir cinayətkarın, hansısa bir "ekspertin" yaxud siyasətçinin açıqlamalarına hesab ediləcək qədər çox da diqqət yetirməyə ehtiyac yoxdur. Bu baxımdan məsələyə dərindən baxdıqda görürük ki, bu tip şəxslər zaman-zaman, müxtəlif hadisələr zamanı, yaxud hansısa hadisənin ildönümü və ya tədbirlər fonunda bu cür fikirlər səsləndirirlər.
Qarabağdakı ermənilərlə bağlı səsləndirilən fikirlərin heç bir əhəmiyyəti yoxdur. Bu cür bəyanatların Azərbaycan-Ermənistan normallaşma prosesinə heç bir təsiri olmayacaq. Reallıqdan uzaq, xəstə təxəyyülə əsaslanan, revanşist düşüncələrlə bölgədə vəziyyəti dəyişmək mümkün deyil. Artıq bölgədə yeni reallıqlar bərqərar olunub, bu reallıqlar beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib və Ermənistan rəhbərliyi də bunu anlayır. Hansısa separatçının, revanşistin, cinayətkarın, Koçaryan və digərləri kimi şəxslərin nə deməsindən asılı olmayaraq, bölgədə ciddi proseslər gedir və bu proseslərin qarşısını almaq mümkün deyil.
Hər hansı revanşa, Azərbaycana qarşı iddialara baş vurmaq, yaxud bu istiqamətdə hansısa addım atmağa cəhd etmək olduqca ağır nəticələrə gətirib çıxara bilər. Bu baxımdan revanşistlərin açıqlamalarının Azərbaycan-Ermənistan normallaşma prosesinə ciddi maneə törədə biləcəyini düşünmürəm. Ermənistanda hazırda seçkiqabağı dövr yaşanır və ölkədəki bütün siyasi qüvvələr əllərində olan kartları masaya qoyaraq cəmiyyətdə dəstək qazanmağa çalışırlar. Amma bir daha vurğulamaq istəyirəm ki, bu cür açıqlamalar gedən qatarın arxasınca baxmaqdan başqa bir şey deyil".
Zeynəb Mustafazadə
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31