AZ

Ermənistanda konstitusiya müzakirələri başladı

Ermənistanda Konstitusiya islahatları üzrə Şura iclaslarını yenidən bərpa edib. Şuranın üzvü Daniel İoannisyan yerlu mətbuata bildirib ki, bundan sonra iclaslar hər həftə keçiriləcək.

İoannisyanın sözlərinə görə, bugünkü iclasda şəxsi məlumatların qorunması ilə bağlı məsələlər müzakirə olunacaq. O, həmçinin qeyd edib ki, hazırda Müstəqillik Bəyannaməsinin ErmənistanKonstitusiyadan çıxarılması məsələsi gündəlikdə yer almır.

Qeyd edək ki, Konstitusiyadan Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması sülh sazişinin imzalanması üçün Bakının irəli sürdüyü əsas şərtlərdən biridir. Bəyannamədə Azərbaycana qarşı ərazi iddiaları yer alır 

Seçilən
86
15
7times.az

10Mənbələr