ABŞ Prezidenti Donald Tramp yeni Fed sədri ilə bağlı qərarını verib. Tramp Truth Social-da etdiyi paylaşımda yeni Fed sədri namizədinin Kevin Uorş (Kevin Walsh ) olduğunu açıqlayıb.
Kevini uzun müddətdir tanıdığını bildirən Tramp, “Onun Fed-in ən böyük sədrlərindən biri, bəlkə də ən yaxşısı kimi tarixə düşəcəyinə heç bir şübhəm yoxdur. Hər şeydən önəmlisi, o tam mənada ‘mükəmməldir’ və sizi əsla məyus etməyəcək. Təbriklər, Kevin!” ifadələrini işlədib.
Tramp, faiz endirimlərində gecikdiyi üçün hazırkı sədr Cerom Pauelli tez-tez tənqid edirdi.
Bazarlar nə qədər endirim gözləyir?
Yeni sədrin namizədliyinin açıqlanmasından sonra faiz endirimi gözləntiləri dəyişməyib. Bazarlar Trampın Fed sədrliyinə namizəd kimi Kevin Uorşu açıqlamasından sonra Fed-dən bu il iki dəfə faiz endirimi gözləntilərini qiymətləndirməyə davam edir.
Vəzifəsinə nə vaxt başlayacaq?
Pauellin vəzifə müddəti may ayında başa çatacaq. Uorş may ayından etibarən vəzifəsinə başlayacaq.
Uorşun Fed sədri kimi kresloya oturacağı ilk iclas 16–17 iyun tarixlərində keçiriləcək.