AZ

Tramp FED rəhbərliyinə namizədini açıqladı

BAKI, 30 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Federal Ehtiyat Sisteminin (FED) növbəti sədri vəzifəsinə qurumun İdarə Heyətinin keçmiş üzvü Kevin Uorşu namizəd göstərib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ lideri özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

Donald Tramp paylaşımında K. Uorşun təcrübəsinə və nüfuzuna güvəndiyini vurğulayıb:

"Kevin Uorşun namizədliyini FED sədri vəzifəsinə irəli sürməkdən məmnunluq duyuram. Onu uzun müddətdir tanıyıram və şübhə etmirəm ki, o, FED-in ən böyük, bəlkə də tarixin ən yaxşı sədrlərindən biri olacaq. Kevin maliyyə dünyasında hər kəs tərəfindən tanınan və hörmət edilən bir şəxsdir".

Seçilən
10
35
teleqraf.com

10Mənbələr