Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyində təşkil edilən imtahanlardaiştirakla bağlı xidməthaqqı tətbiq olunacaq.
Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.
Bildirilib ki, yeni qaydaya əsasən gəmi heyəti üzvlərinəsertifikatların (diplomların) verilməsi, həmçinin etibarlılıqmüddəti bitmiş sertifikatların (diplomların) yenisi ilə əvəzlənməsiüçün təşkil olunan imtahanlarda hər bir namizədin beş dəfəödənişsiz iştirak etmək hüququ olacaq.
Belə ki, beş dəfə ödənişsiz iştirakdan sonra təkrar imtahanlaragörə komandir heyəti vəzifələri üzrə 25 manat, sıravi heyətvəzifələri üzrə isə 10 manat ödəniş tələb olunacaq.
Sözügedən tələblər “Azərbaycan Respublikası Ticarət GəmiçiliyiMəcəlləsinin 61.5-ci maddəsinə uyğun olaraq tətbiq edilir.
Bununla bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat NazirliyininKollegiyasının müvafiq Qərarı ilə Dövlət Dəniz və LimanAgentliyinin dəniz nəqliyyatı sahəsində göstərdiyi xidmətlərə görəməbləğlər təsdiq edilib.
Hazırda xidməthaqqılarını yalnız “Azərpoçt” MMC-nin poçtşəbəkəsində olan filiallar vasitəsilə ödəmək mümkündür.
Ödəniş üçün tələb olunan bank rekvizitləri barədə məlumatlarılinkə keçid edərək öyrənmək mümkündür.