"Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov mənim məktəb yoldaşımdır. Gənclər və İdman naziri Fərid Qayıbov də həmçinin, Səbinə Əliyevanı pionerə mən qəbul etmişəm. Yəni məktəbimizin məşhur şəxsləri çoxdur".
Nevs365 az saytı xəbər verir ki, bunu müsahibəsində Hacı Nuran deyib .Hacı Nuran dərslərini yaxşı oxuduğunu da söyləyib. O bildirb ki, zamanında dərslərə marağı çox idi.
"Mən yaxşı oxumuşam. Məktəbi fərqlənmə diplomu ilə bitirmişəm. Üzgüçülüyə getmişəm. Həm də musiqiyə həvəsim olub. Akkordiona getmişəm".
Aparıcının sizin səsininz varmı? Sualına isə Hacı Nuran "Yox oxumaqla aram yoxdur" cavabını verib.