AZ

Azərbaycanın xarici işlər naziri Çinə rəsmi səfərə yola düşüb YENİLƏNİB

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov yanvarın 27-də Çin Xalq Respublikasına rəsmi səfərə yola düşüb.


Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun yanvarın 28-də Çinin xarici işlər naziri Van İ ilə görüşünün keçirilməsi nəzərdə tutulub.

12:14

Xarici işlər naziri Ceyhun Bayramov yanvarın 28-29-da Çində səfərdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyinin rəsmisi açıqlama yayıb.

Səfər Çinin xarici işlər naziri Van İnin dəvəti əsasında baş tutacaq.

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

Seçilən
10
16
azertag.az

10Mənbələr