AZ

Azərbaycan Dövlət Mahnı Teatrında retro gecə - 80-ci illərin hit mahnıları

Bakı, 30 yanvar, AZƏRTAC

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrının səhnəsində musiqisevərlər üçün nostalji dolu retro gecə keçirilib.

Mahnı Teatrından AZƏRTAC-a bildirilib ki, “80-ci illərin hit mahnıları” adlı konsert proqramında dövrün yaddaşlara həkk olunmuş mahnıları sevilən müğənnilərin ifasında səsləndirilib.

Retro gecədə səhnə alan solistlər arasında Gülyaz Məmmədova, Heydər Anatollu, İlhamə Qasımova, Ayşən Mehdiyeva, Aynur İsgəndərli, Mədinə Kazımova, Fəxri Kazım Nicat, Rövşən Qəhramanov, Taleh Yəhyayev, Könül Məmmədova, Leyla Babayeva, Aysel Hüseynzadə, Səttar Qəmbərov və Rasim Səfər yer aldı.

Konsert instrumental ansamblın canlı müşayiəti ilə olub.

Seçilən
42
7
azertag.az

10Mənbələr