AZ

Dövlət Uşaq Filarmoniyasında Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunacaq

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 27 yanvar, AZƏRTAC

Fevralın 4-də Dövlət Uşaq Filarmoniyasında Azərbaycan musiqi və hərbi orkestr xidməti və musiqi sənətinin görkəmli nümayəndəsi, general-mayor, professor, Xalq artisti Yusif Axundzadənin 80 illik yubileyi qeyd olunacaq.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, yubiley tədbiri çərçivəsində Hərbi Hava Qüvvələrinin Orkestri solo proqramla çıxış edəcək.

Proqram Yusif Axundzadənin zəngin yaradıcılıq yolunu, hərbi orkestrların inkişafındakı xidmətlərini və milli musiqi irsimizə verdiyi töhfələri əks etdirir.

Gecədə orkestrin ifasında Azərbaycan və dünya bəstəkarlarının seçmə əsərləri təqdim olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
10
2
azertag.az

4Mənbələr