AZ

Kağızları parçalayan, günə xüsusi kostyum hazırladan dünya liderləri Maraqlı hobbilər

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Dünya liderləri tez-tez sərt qərarları və siyasi mövqeləri ilə gündəmə gəlsə də, onların da gündəlik həyatda hansı hobbilərlə rahatladığını görmək maraqlıdır. 

Lent.az bəzi dünya liderlərinin hobbiləri haqqında araşdırmanı təqdim edir.

ABŞ Prezidenti Donald Tramp

Tramp işini bitirdikdən sonra çox vaxt sənədləri cırıb atır. Məsələn, Ağ Evin sənəd idarəçiliyində çalışan keçmiş əməkdaşı Solomon Lartey deyib ki, Tramp Amerika siyasətində mühüm fiqurlarından hesab edilən Çek Şumer kimi həmkarlarından gələn məktublar da daxil olmaqla onları parçalayır. Kağızlar Trampın əlləri lə kiçik hissələrə bölünür. Bu arxiv işçiləri üçün yeni iş çıxardır. Həmin parçaları yapışdıraraq yenidən düzürlər ki, Prezident Qeydiyyatında olan sənədlərlə bağlı qanunu pozulmasın.

Rusiya Prezidenti Vladimir Putin

Putin səhərlər gec oyanmağı və intensiv idmanla məşğul olmağı xoşlayır. O, hər gün saatlarla üzür və idman zalında ağırlıq qaldırır. Putin adətən, günün ilk yeməyini günortadan sonra böyük bir omlet və meyvə şirəsi ilə edir, sonra iki saat üzgüçülük məşqlərinə başlayır. O, həmçinin xizək sürməyi də sevir. Tez-tez soyuq və isti duş qəbul edən Putin, hər gün üçün xüsusi tikilmiş kostyumlar geyinir.

Böyük Britaniya Kraliçası II Elizabet

Uzunömürlü monarxın hobilləri arasında hər gecə yatmazdan əvvəl bir stəkan şampan içmək ən məşhurudur. II Elizabet hər axşam şampan içir və nahardan əvvəl buzlu, limonlu cin və Dubonnet kokteylini dadmağı sevir. 

Almaniyanın keçmiş Federal Kansleri Angela Merkel

Merkelin uşaqlıq dövrü kommunist Şərqi Almaniyada keçdiyi üçün o, hələ bu günə kimi ərzaq ehtiyatı toplamaq adətindən vaz keçə bilmir. Kansler deyib: “Mən hələ də bir şeyi görən kimi alıram, hətta ehtiyacım olmasa belə”. 

Hindistan Baş Naziri Narendra Modi

Modi dünya miqyasında özünün cəsur və işlək geyimləri ilə tanınır. O, ənənəvi hind paltarı ilə müasir kəsimlər arasında qarışıq tərzi sevir. Məsələn, öz adını kostyumların astarına həkk etdirir.

Nikol Paşinyan

Ermənistanın 60 yaşlı baş naziri Nikol Paşinyan öz musiqiyə marağı ilə tanınır. O, artıq musiqi qrupu yaratdığını elan edib. Paşinyan musiqi qrupuna “Varçabend" adını verib.  Ad ermənicə "premyer" və ingiliscə "band" sözlərinin ilk iki hecasından əmələ gəlib.

2025-ci ilin avqust ayında mediada onun və həyat yoldaşı Anna Akopyanın musiqi alətlərini, xüsusən də gitara və nağara çalmağı öyrənməyə başladığını bildirilib. Daha sonra baş nazir dəfələrlə sosial mediada nağara çalarkən çəkilmiş videolarını paylaşıb.

İsrail Baş Naziri Benyamin Netanyahu

Benyamin Netanyahu lüks dondurma həvəskarıdır. 2013-cü ildə açıqlandı ki, büdcədən 10,000 şekel (təxminən 2,700 dollar) vəsait ayrılıb ki, onun sevdiyi dondurmalar alınsın. Yalnız bir ildə dadlı dondurmalara kifayət qədər pul xərclənib. 

Fransa Prezidenti Emmanuel Makron

Makron hələ prezident olmamış romanlara, idmana və musiqiyə marağı ilə seçilirdi. Məsələn, o, yatmazdan əvvəl məşhur fransız yazarı Qüstav Floberin “Madam Bovari” əsərini oxumağı sevir. O, həmçinin xizək sürür, tennis oynayır, boksla məşğul olur və futbol azarkeşidir. Xüsusilə tennis Makronun vaz keçmədiyi hobbisidir. 

İtaliya Baş Naziri Giorgia Meloni

Meloni uşaqlıqdan fantastik əfsanələr aləminə həvəs göstərir. O, Con Ronald Ruel Tolkinin “Üzüklərin Hökmdarı” trilogiyasının böyük pərəstişkarıdır və hətta onu “müqəddəs bir mətn” adlandırıb. 

Çin Prezidenti Si Tsinpin

Si mütaliə etməyi özünün ən böyük həvəsi hesab edir. Özəlliklə rus klassiklərini sevən Si deyib: “Dostoyevski ən dərin rus yazıçısıdır, Tolstoy isə ən geniş yazıçıdır, mənə daha uyğundur”. Prezident gənclik illərində “Hərb və Sülh” kimi böyük əsərləri oxuyub. Bununla yanaşı, Si idmanı da sevir. O, gəncliyində futbol və voleybol oynayıb, indiyədək üzmək və dağa dırmanmaqdan zövq alır. Çin lideri idmanın gözlənilməzliyinin və komanda ruhunun hər zaman onu cəlb etdiyini deyir.

Macarıstan Baş Naziri Viktor Orban

Orban işdən çıxar-çıxmaz futbol meydançasına gedir. 2001-ci ildə hətta kabinə iclasını ləğv edib ki, o, doğma Felksut şəhərinin həvəskar futbol komandasında oyun keçirsin. Baş nazir gəncliyində vəzifələri ilə məşğul olarkən belə həftənin müəyyən günlərində Felksut klubunun oyunçusu kimi meydanda olub.

Argentina prezidenti Xavyer Miley

Argentina prezidenti Xavyer Miley musiqiyə olan marağı ilə tanınır. O, keçmiş sevgilisi, aktrisa və komediyaçı Fatima Floresin olduğu şou proqramda gözlənilmədən səhnəyə çıxaraq mahnı ifa edib. 

Tərəfdarları bunu səmimi davranış kimi qiymətləndirsə də, tənqidçilər dövlət başçısının rəsmi statusu ilə səhnə performansını birləşdirməsini uyğun hesab etmədiklərini bildiriblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
50
lent.az

10Mənbələr