Rafah sərhəd-keçid məntəqəsi fevralın 1-də hər iki istiqamətdə açılacaq...
Bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.
“Qəzza zolağına giriş-çıxışa Rafah sərhəd-keçid məntəqəsi vasitəsilə və Misirlə koordinasiyalı icazə veriləcək. İsrail Rafahdan keçəcək şəxsləri təhlükəsizlik yoxlanışından keçirəcək, bu, Avropa İttifaqı missiyasının nəzarəti altında olacaq”, - MN-dən bildirilib.
Qeyd edək ki, Misir sərhədində yerləşən Rafah sərhəd-keçid məntəqəsi Qəzza zolağına humanitar yardımların çatdırılması üçün böyük əhəmiyyət daşıyır. (APA)
Poliqon.info