AZ

Rafah sərhəd-keçid məntəqəsi fevralın 1-də açılacaq

Rafah sərhəd-keçid məntəqəsi fevralın 1-də hər iki istiqamətdə açılacaq.

APA “The Times of Israel”ə istinadən xəbər verir ki, bu barədə İsrailin Müdafiə Nazirliyi məlumat yayıb.

“Qəzza zolağına giriş-çıxışa Rafah sərhəd-keçid məntəqəsi vasitəsilə və Misirlə koordinasiya ilə icazə veriləcək. Bu, həmin şəxslərin əvvəlcədən İsrail tərəfindən təhlükəsizlik yoxlanışından keçməsindən sonra və Avropa İttifaqı missiyasının nəzarəti altında olacaq”, - MN-dən bildirilib.

Qeyd edək ki, Misir sərhədində yerləşən Rafah sərhəd-keçid məntəqəsi Qəzza zolağına humanitar yardımların daxil olması üçün böyük əhəmiyyət daşıyır.

Seçilən
29
4
apa.az

10Mənbələr