AZ

Balakəndə gənc qız tiktokdakı fotolarına görə özünü körpüdən atdı HƏBS OLUNAN VAR

ain.az, Lent az portalına istinadən məlumat verir.

Balakəndə gənc qızın intihara cəhd etməsinə səbəb olan şəxs həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə Balakən şəhərində qeydə alınıb. 19 yaşlı H.X. Balakən çayının üzərindəki körpüdən özünü ataraq intihara cəhd edib.

Faktla bağlı cinayət işi başlanaraq araşdırma aparılıb.

Hadisə ilə bağlı Farid adlı şəxs saxlanılaraq istintaqa cəlb olunub. O, Cinayət Məcəlləsinin 125 (özünü intihar həddinə çatdırma) və 148-ci (təhqir) maddələri ilə ittiham olunub.

İttiham aktına görə, H.X. tiktok sosial şəbəkəsində tanış olduğu Farid adlı şəxsdən maxtəlif vaxtlarda faizlə borca pul alıb. İlk aldığı pulu qaytarandan sonra təkrar 40 manat faiz verməklə 100 manat borc istəyib. Bununla da yekunda H.X. Faridə 140 manat pul ödəməli olub. Lakin pulu vaxtında ödəmədiyi üçün Farid qızın fotolarını özünə məxsus “privatee_2203” və “mamamiyo” adlı səhifələrdə üzərinə alçaldıcı sözlər və təhqirlər yazaraq paylaşıb. Bu fotoları H.X.-nın xalası da görüb. Artıq fotolarının yayılmasından utanan zərərçəkən özünü öldürəcəyi barədə “Whatsapp” tətbiqinin status bölümündə paylaşım edib. Bundan sonra Balakən şəhəri ərazisində Balakən çayı üzərindəki körpüdən özünü daşlıq əraziyə ataraq xəsarətlər alıb.

Lakin gənc qız özünü körpüdən atandan sonra da Farid sosial şəbəkədə onunla bağlı paylaşımları davam etdirib.

Farid məhkəmədə əməlindən peşman olduğunu, H.X.-dan üzr istədiyini bildirib. Zərərçəkən qız da təqsirləndirilən şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını deyib.

Balakən rayon Məhkəməsinin qərarı ilə Farid 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
42
lent.az

10Mənbələr