AZ

Papağı yerə düşdü, özünü itirdi Çardağa görə kəndlilər düşmən oldu

ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.

Gədəbəy rayonunda 1988-ci il təvəllüdlü Fərman həmkəndlisi Pərvizə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 2024-cü ilin iyulun 19-da rayonun kəndlərindən birində baş verib. Fərman həmin gün saat 20:30-da özünə məxsus mağazasının arxasından keçən yolun kənarına çardaq qoyması səbəbindən Pərviz ilə mübahisəsi yaranıb. Aralarında şəxsi münasibətlərin pozulması nəticəsində yaranmış mübahisə və münaqişə zamanı Pərvizin onun ünvanına nalayiq ifadə işlətməsi və şillə ilə başına vurması səbəbindən əsəbləşib. O, qəsdən təpiklə Pərvizin sol ayağına zərbə vuraraq onu yerə yıxıb. Nəticəsində onun sağlamlığına xəsarət yetirib. Hadisəni törədən Fərmanın barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Fərman ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, o özü fiziki şəxs, fərdi sahibkardır: “İyulun 19-da, axşam saat 20:30-da mənə məxsus olan obyektin dam örtüyünün sularını boru vasitəsilə xəttə qoşan zaman orada işçim Əli də mənə kömək edirdi. Həmin vaxt başımız işə qarışmışdı. Baxanda gördüm ki, həmkəndlim Pərviz başımın üstündə dayanaraq mənə “sənə neçə dəfə demişəm ki, o çardağı yolun kənarından götür” dedi. Özümə məxsus obyektin qarşısında taxtadan çardaq düzəltmişəm. Pərviz həmin çardağı sökməsini bildirdi. Ona çardağın heç bir maneçilik törətmədiyini, əgər sökdürmək istəyirsə, bununla bağlı məhkəməyə və ya bələdiyyəyə müraciət etməyimi bildirdi, aidiyyati orqanların bunu araşdırmasını dedim”. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Pərviz onu təhqir edib və üzərinə gələrək əli ilə ona şillə ilə vurub: “Bu zaman papağım yerə düşdü. Həmin vaxt özümdən çıxdım və özünü müdafiə edərək Pərvizin əl qolunu tutdum, onu yerə yıxdım. Hadisə həmin vaxt baş verdi. Pərvizə yerdə nə olmasını bilməmişəm. Lakin ona nə oldusa, yerdə oldu. Həmin vaxt orada olan adamlar bizi ayırdı. Həmin hadisələr kamera görüntülərində də var. Həmin vaxt oradan keçən Pərvizin qayınatası onu avtomobilinə oturdaraq evlərinə apardı. Pərviz uzaqdan səs-küy salaraq məni təhqir edib”. Təqsirləndirilən şəxs deyib ki, hadisədən sonra işinə davam edib: “Pərvizin atası obyektimə gəldi və oğlunu nə üçün vurduğumu soruşdu. Ona Pərvizi vurmadığımı, özümü müdafiə etdiyimi bildirdim. Atası da sinəmdən yapışdı və məni vurmaq istəyərkən oradakı adamlar bizi ayırdı. Mən Pərvizin atasına məndən böyük olmasını, onu vurmayacağımı bildirdim, O, məni təhqir edərək çardağı yerə çırpdı və oradan getdi. Hadisənin səhəri günü polis əməkdaşları gəldi və məndən şikayət olduğunu bildirdi. Mən də kamera çəkilişlərini polisə təqdim edərək izahat verdim”.Təqsirləndirilən şəxs bildirib ki, mübahisəli çardaq ona məxsus torpaq sahəsində yerləşir: “Pərvizlə həmin çardağa görə aramızda mübahisə 2024-cü ilin mart ayından yaranıb. Mən Pərvizə bununla bağlı aidiyyəti orqanlara müraciət etməsini bildirmişəm. O, mənim həmkəndlim olduğuna görə dalaşmaq fikrim olmayıb. Pərviz hadisə baş verən vaxt üzərimə gəlib. Mən özümü müdafiə etmişəm və onu yerə yıxmışam. Amma onu vurmamışam. Yıxıldığı yerdə daş olub. Yerə yıxılan zaman mən də onun üstünə düşmüşəm. Həmin vaxt ola bilsin ki, ağırlığa və daşa dəyməsinə görə xəsarət alıb. Mən Pərvizin atasına xəstəxana xərclərinə köməklik etməyi təklif etmişəm. Lakin o, bunu qəbul etməyib”.Fərman deyib ki, təqdim edilmiş sənədlərə əsasən zərərçəkmiş şəxsə 2700 manat zərər dəyməsi qeyd edilib. O, vurulmuş zərər görə 2000 manat köməklik göstərmək istəyir, artıq məbləği ödəməyə gücü çatmır.Gədəbəy Rayon Məhkəməsinin hökmü ilə Fərman 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Cəzaçəkmə müddətinin əvvəli aylıq qazancından 15 faiz məbləğində pul dövlət nəfinə tutulmağa başlandığı andan hesablanması qərara alınıb. Mülki iddia qismən təmin edilib. Təqsirləndirilən şəxsdən 2779  manat pul alınaraq zərərçəkmiş şəxsə verilməsi barədə hökm çıxarılıb. Mülki iddia qalan hissədə təmin edilməyib. Fariz Məlikli

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
demokrat.az

1Mənbələr