AZ

Qrenlandiya Baş nazirindən ABŞ-a sərt cavab

Qrenlandiyanın Baş naziri Jens-Frederik Nielsen Ağ Evin ölkəsi haqqında heç bir məlumatı olmadığını iddia edərək "Qrenlandiyada biz axmaq deyilik. Öz insanlarına necə davrandıqlarını, demokratiyanın necə işlədiyini görürük. Biz 57 min nəfərik, hamımız bir-birimizi tanıyırıq", - deyə bildirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Donald Trampın Qrenlandiya haqqında təkrarlanan açıqlamaları ilə yaranan gərginlik sadəcə bir ritorik hadisə olmaqdan çıxaraq Avropada strateji bir katalizatora çevrilib.

Emmanuel Makron Elysée Sarayında Danimarka Baş naziri Mette Frederiksen və Qrenlandiya lideri Jens-Frederik Nielsen ilə keçirdiyi görüşdə bu vəziyyəti bu şəkildə qiymətləndirib. Fransa Prezidenti bu vəziyyəti Aİ-nın müdafiə və təhlükəsizlik məsələlərində uzunmüddətli "komfort zonasında" qalmağına son verən "bütün Avropa üçün strateji bir xəbərdarlıq" olaraq təsvir edib.


Seçilən
12
50
manset.az

10Mənbələr