AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov Gürcüstanın aparıcı logistika şirkəti olan, Poti Limanında terminal idarəçiliyini həyata keçirən “PACE Group”un və Batumi Dəniz Limanının rəhbərlikləri ilə görüşlər keçirib.
Publika.az-a bu barədə ADY-dən məlumat verilib.
Görüşlərdə iki ölkənin logistika şirkətləri və dəniz limanları arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Limanların fəaliyyəti ilə tanış olan ADY nümayəndə heyətinə Qara dənizdə strateji mövqeyə malik Batumi və Poti limanlarının çoxsaylı yük növlərinin emalı baxımından aparıcı infrastruktura malik olması barədə məlumat verilib.