Bakıda «Anadolu səhər yeməyi» təqdim edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyi məlumat yayıb.
Türkiyənin Bakıdakı səfirliyində «Anadolu səhər yeməyi»nin zəngin mədəniyyəti təqdim olunub.
Yunus Əmrə İnstitutu tərəfindən təşkil edilən tədbir “Dostluq süfrəsi: Anadolu səhər yeməyi görüşü” adlandırılıb.
Proqramda Türkiyənin Bakıdakı səfiri Birol Akgün, Şimali Kipr Türk Respublikasının (ŞKTR) Bakıdakı nümayəndəsi, səfir Ufuq Turqaner, həmçinin jurnalistlər və universitet tələbələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Birol Akgün Türkiyə və Azərbaycanın demək olar ki, vahid dövlət kimi hərəkət etdiyini vurğulayıb.
O qeyd edib ki, bu birliyimiz bütövlükdə türk dünyasında əlaqələrin inkişafı üçün mühüm təməl rolunu oynayır.