AZ

Təhsil adı ilə əsgərlikdən YAYINANLARA XƏBƏRDARLIQ…

Bəs oğlanlar doktorantura təhsilini niyə seçir?  Bu könüllü prinsip daşıyır? Məsələ ilə bağlı deputat Ceyhun Məmmədov Ajans.az-a açıqlama verib.  O bildirib ki, doktorantura təhsili alan şəxslərin əsgərlikdən azad olunması dövlətin uğurlu siyasətidir. Gənclərin ölkə daxili və xaricində yüksək pillələrdə təhsil alması cəmiyyət üçün müsbət yollar açır.  Deputat qeyd edib ki, son zamanlar bu tendensiyaya daha fərqli baxılır. Gənclərin bir qismi təhsildə irəliləmək üçün deyil, əsgərlikdən yayınmaq üçün doktoranturanı seçirlər.  Hazırda xeyli Azərbaycan vətəndaşı ölkə xaricində təhsil adı altında işləməyə qərar verirlər. Bir qismi isə təhsili yarımçıq qoyub, tamam fərqli sahələrdə çalışırlar. 

Ceyhun Məmmədov açıqlayıb ki, dövlət bu məsələyə diqqət ayırıb. Təhsil  adı altında qanunlardan yayınan gənclər də sui-istifadə hallarına yol verməsinlər. Dövlətin yaratdığı şəraitdən düzgün istifadə etməyənlər üçün qanunların sərtləşdirilməsi zəruridir.

Seçilən
18
27
Ajans.az

10Mənbələr