Deputat qeyd edib ki, son zamanlar bu tendensiyaya daha fərqli baxılır. Gənclərin bir qismi təhsildə irəliləmək üçün deyil, əsgərlikdən yayınmaq üçün doktoranturanı seçirlər. Hazırda xeyli Azərbaycan vətəndaşı ölkə xaricində təhsil adı altında işləməyə qərar verirlər. Bir qismi isə təhsili yarımçıq qoyub, tamam fərqli sahələrdə çalışırlar. Ceyhun Məmmədov açıqlayıb ki, dövlət bu məsələyə diqqət ayırıb. Təhsil adı altında qanunlardan yayınan gənclər də sui-istifadə hallarına yol verməsinlər. Dövlətin yaratdığı şəraitdən düzgün istifadə etməyənlər üçün qanunların sərtləşdirilməsi zəruridir.